Məktəblilərimiz Beynəlxalq İnformatika Olimpiadasında (IOI 2025) uğur qazanıblar!

02.08.2025

27 iyul – 3 avqust 2025 tarixlərində Boliviyanın paytaxtı Sukre şəhərində keçirilmiş 37-ci Beynəlxalq İnformatika Olimpiadasında (IOI 2025) məktəblilərimiz 1 gümüş, 2 bürünc medal və 1 həvəsləndirici mükafat qazanaraq tarixi uğura imza atıblar.

Bu nəticə ilə Azərbaycan IOI tarixində ən yüksək nəticəsinə nail olub.

Medal qazanan şagirdlərimiz:

  • 🥈 Ayxan Dəmirli – Bakı şəhəri, Akademik Zərifə Əliyeva adına liseyin XI sinif şagirdi – Gümüş medal

  • 🥉 Həsən Vəliyev – Bakı şəhəri, 157 nömrəli məktəbin X sinif şagirdi – Bürünc medal

  • 🥉 Elvin İmanlı – Bakı şəhəri, Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyin XI sinif şagirdi – Bürünc medal

  • 🎖 Əli Əliyev – Bakı şəhəri, Ankara liseyinin XI sinif şagirdi – Həvəsləndirici mükafat


Azərbaycan komandası IOI olimpiadasına 1994-cü ildən qatılır. Bu müddət ərzində qazanılan medallar belədir:

  • 1994–1999: 2 medal

  • 2000–2009: 2 medal

  • 2010–2019: 1 medal

  • 2020–2025: 11 medal 

2025-ci ildə qazanılan nəticə ilə şagirdlərimiz ölkə tarixində ən yüksək nəticə göstərmiş və iki iştirakçımız dünya üzrə ilk 100-lükdə qərarlaşmışdır.

Son illərdə bu uğurlar Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu və “Azercell Telekom” MMC arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən informatika fənni üzrə hazırlıq proqramlarının nəticəsidir.


 

🎉 Şagirdlərimizi təbrik edir, gələcək beynəlxalq müsabiqələrdə onlara daha böyük uğurlar arzulayırıq!

📎 Ətraflı nəticələr üçün:

👉 Olimp-news - IOI
👉 IOI Statistikası – Azərbaycan