RFM 2025 — IX Respublika Fənn Müsabiqələri ümumtəhsil məktəblərinin VI və VII sinif şagirdləri arasında keçirilən müsabiqənin növbəti mərhələsidir. Bu il də minlərlə şagird riyaziyyat, fizika, kimya, biologiya, informatika və təbiət fənləri üzrə biliklərini sınamaq fürsəti əldə edəcək. Müsabiqənin əsas məqsədi təbiət və dəqiq elmlərə marağı olan istedadlı şagirdləri erkən mərhələdə aşkar etmək, onların elmi düşüncə və analitik bacarıqlarını inkişaf etdirmək, həmçinin gələcəkdə beynəlxalq olimpiadalarda ölkəmizi təmsil edə biləcək potensiallı şagirdləri müəyyənləşdirib bu istiqamətdə onları dəstəkləməkdir.
Portal.edu.az üzərindən qeydiyyat aparılır.
25 sual, 3 saat müddət.
30 sual, fərqli bal sistemi və seçim turu.
Medal qazananlar bu mərhələdə müəyyən olunur.
| 👥Rayon mərhələsi iştirakçı sayı | 50000 |
| 👤Yarımfinal iştirakçı sayı | 18000 |
| ⭐Final iştirakçı sayı | 3000 |
| 🎖️Qalib sayı | 300 |
| 🥇Qızıl medal sayı | 60 |
| 🥈Gümüş medal sayı | 90 |
| 🥉Bürünc medal sayı | 150 |
| 🏆FOF (First of Firsts) sayı | 5 |
| Məktəb | Medal sayı |
|---|